Meksika sahillərində "Trudi" qasırğası saatda 195 kilometrə çatıb
16 oktyabr 2026, 21:17 · Mənbə: Report.az

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və sahilyanı ərazilər üçün təhlükə yaradacaq.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və sahilyanı ərazilər üçün təhlükə yaradacaq.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, Meksika rəsmiləri və ABŞ-nin Milli Qasırğaları İzləmə Mərkəzi siklonun yaxınlaşması ilə əlaqədar təhlükə barədə xəbərdarlıq ediblər.
Oktyabrın 17-də axşam qasırğanın Xalisko və Kolima ştatlarının sahilləri yaxınlığından keçəcəyi və güclənməkdə davam edəcəyi gözlənilir.
Meksikanın Mülki Müdafiə Agentliyi sakinləri qasırğanın yaxınlaşmasına hazırlaşmağa, qapı və pəncərələri möhkəmləndirməyə, həmçinin güclü küləyin uçura biləcəyi əşyaları yığışdırmağa çağırıb.
Oxşar xəbərlər


Dünya
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
Report.az · 19 oktyabr 2026, 21:18

Dünya
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib
Report.az · 19 oktyabr 2026, 20:17

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47