TopXəbər

Macarıstan Baş naziri Madyarın toxunulmazlığı ləğv edildi

28 sentyabr 2026, 15:47 · Mənbə: Ukrainskaya Pravda

Macarıstan Baş naziri Madyarın toxunulmazlığı ləğv edildi

Macarıstan parlamenti Baş nazir Piter Madyarın toxunulmazlığının ləğv edilməsini təsdiqləyib. O, mobil telefon oğurluğu ilə bağlı istintaqa cəlb edilə bilər.

Ukrainskaya Pravda yazır ki, Macarıstan Milli Məclisi bazar günü Piter Madyarın toxunulmazlığının ləğv edilməsini 139 lehinə səs verməklə təsdiqləyib.

Hadisə 2024-cü ilin iyununda, Avropa Parlamenti seçkilərindən iki həftə sonra Budapeştdəki klubda baş verib. Madyar onun çəkilişini aparan kişi ilə mübahisə edib, telefonunu əlindən götürərək Dunaya atıb.

Sonradan dalğıclar vasitəsilə telefon sudan çıxarılıb. 2024-cü ilin sentyabrında Baş Prokurorluq Madyarın toxunulmazlığının götürülməsi üçün Avropa Parlamentinə müraciət edib, amma rədd cavabı alıb.

May ayında Madyar Macarıstan parlamentinə üzv seçiləndən sonra istintaq yenidən başlayıb. Baş Prokurorluq parlamentdən deputatın toxunulmazlığının aradan qaldırılmasını xahiş edib.

Madyar telefonun ondan alındığını etiraf edib, amma bunun uzunmüddətli təhqirlərdən sonra baş verdiyini bildirib. O, hadisənin video qeydiyyatının olduğunu və üzr istədiyini deyib.

Səsvermədən əvvəl isə Madyar özünü günahkar saymadığını, eyni şəraitdə yenə belə davranacağını söyləyib və fraksiyasından toxunulmazlığının götürülməsini xahiş edib.