TopXəbər

Lavrov Rumıniyada bazanın Rusiya üçün hədəf olub-olmadığını deməkdən yayınır

27 sentyabr 2026, 05:15 · Mənbə: TASS

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rumıniyada yerləşən bazanın Rusiya üçün hədəf olub-olmaması sualını zarafatla cavablandırıb.

TASS yazır ki, Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi başa çatandan sonra keçirilən mətbuat konfransında Rumıniyada yerləşən Deveselu bazası barədə suala zarafatla cavab verib. Rumıniya mediasının nümayəndəsi Lavrova bazanın Rusiya üçün hədəf olub-olmaması barədə sual verib.

Jurnalist Rusiya Prezidenti Vladimir Putinin təxminən on il əvvəl səsləndirdiyi fikirləri xatırladıb. Putin bildirmişdi ki, ABŞ tərəfindən yerləşdirilən Aegis raketdən müdafiə sistemi səbəbindən bazanın Rusiya üçün hədəf olduğunu bəyan etmişdi. O vaxtlar raketlərin 500 km məsafəyə çata bildiyi, bir neçə il sonra isə bu məsafənin 1 000 km-yə çatacağı vurğulanmışdı.

2016-cı ilin mayında NATO-nun o zamankı Baş katibi Yens Stoltenberq Deveselu bazasında ABŞ Aegis raketdən müdafiə sisteminin işə düşdüyünü açıqlamışdı. Bu baza Rumıniyanın paytaxtı Buxarestdən təxminən 180 kilometr cənub istiqamətində yerləşir.

Rumıniya Xarici İşlər Nazirliyi isə bu sazişin müdafiə xarakteri daşıdığını, sistemin Rusiya istiqamətində olmadığını bəyan edib. Lavrov suala zarafatla "Bu, sirrdir" cavabını verib.