KXDR raketi 1 000 kilometr məsafədə hədəfi vurub
4 oktyabr 2026, 10:14 · Mənbə: Report.az

Koreya Xalq Demokratik Respublikasının (KXDR) oktyabrın 3-də Şərqi Koreya (Yaponiya) dənizi istiqamətində buraxdığı raket 1 000 kilometr məsafədəki hədəfi vurub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Koreya Xalq Demokratik Respublikasının (KXDR) oktyabrın 3-də Şərqi Koreya (Yaponiya) dənizi istiqamətində buraxdığı raket 1 000 kilometr məsafədəki hədəfi vurub.
"Report"un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilib ki, təlimlər hipersəs silah sistemlərini idarə edən hərbçilərin hazırlıq səviyyəsinin artırılması, həmçinin KXDR-in çəkindirmə vasitələrinin etibarlılığının, effektivliyinin və mobilliyinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Raket buraxılışını KXDR lideri Kim Çen In izləyib. O, raket bölmələrinin yüksək peşəkarlıq nümayiş etdirdiyini və "əks-zərbə endirməyə daim hazır olduğunu" bildirib.
"Düşmənlərə strateji hücum vasitələrinin etibarlılığını və ölümcül gücünü davamlı şəkildə nümayiş etdirmək üçün məsuliyyətli səylərimizi dayanmadan davam etdirməliyik. Bu, çəkindirmə gücünün nümayiş etdirilməsinin formalarından biridir", - deyə Kim Çen In bildirib.
Oxşar xəbərlər

Dünya
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
Report.az · 19 oktyabr 2026, 10:17

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47