Kürdəmirdə ildırım vuran kişi ölüb
29 sentyabr 2026, 20:45 · Mənbə: Report.az

Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmirdə 51 yaşlı kişini ildırım vuraraq öldürüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Ağsu rayon Qasımbəyli kənd sakini Hacıalıyev Zahir Vahid oğlu qoyun otarmaqdan qayıdarkən onu ildırım vurub. O, elə hadisə yerində keçinib.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub və onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə zamanı bir neçə xırdabuynuzlu heyvan tələf olub. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər


Ölkə
Nərimanovda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Report.az · 5 oktyabr 2026, 23:45

Ölkə
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Report.az · 5 oktyabr 2026, 23:15
