Kolumbiyada polis bölməsinə dron hücumu olub, xəsarət alanlar var
22 oktyabr 2026, 07:47 · Mənbə: Report.az

Kolumbiyanın şimalındakı Pelaya şəhərində polis bölməsinə dron hücumu nəticəsində altı asayiş keşikçisi yaralanıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Kolumbiyanın şimalındakı Pelaya şəhərində polis bölməsinə dron hücumu nəticəsində altı asayiş keşikçisi yaralanıb.
"Report"un məlumatına görə, Sesar departamentinin hökuməti bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Bu səhər tezdən cinayətkarlar dronların köməyi ilə Pelayada polis bölməsinə hücum ediblər. Hücum nəticəsində altı polis əməkdaşımız yaralanıb", - bəyanatda deyilir.
Qeyd edilir ki, zərərçəkənlərdən ikisi ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Yerli hakimiyyət orqanları bildirib ki, hücumda iştirak edənləri axtarmaq və yaxalamaq üçün hərbi və polis bölmələri səfərbər edilib.
Hücumçuların yerini müəyyənləşdirməyə kömək edəcək məlumata görə 150 milyon Kolumbiya pesosu (təxminən 47 min ABŞ dolları) məbləğində mükafat vəd olunub.
Oxşar xəbərlər



Dünya
Şimali Koreya Cənubi Koreya ilə münasibətlər pisləşəndə təbliğat gücləndiricilərini işə salır
The Guardian · 22 oktyabr 2026, 08:18

Dünya
Ukrayna müdafiə qüvvələri 24 saatda 2300-ə yaxın Rusiya işğalçısını məhv edib
Ukrainskaya Pravda · 22 oktyabr 2026, 08:18