Avropanın bir sıra şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir
22 oktyabr 2026, 08:17 · Mənbə: Report.az

Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyi tərəfindən Avropada təşkil olunan "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın paytaxtı Milan şəhərində növbəti fotosərgi keçirilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyi tərəfindən Avropada təşkil olunan "Minasız dünya" beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın paytaxtı Milan şəhərində növbəti fotosərgi keçirilib.
"Report"un məlumatına görə, ziyarətçilərə məlumat verilib ki, Ermənistan və Azərbaycan arasında münaqişə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükə davam edir və bu, davamlı sülhə ziyan vurur. Ermənistan Azərbaycan qarşısındakı öhdəliklərinə əməl etməli, dəqiq mina xəritələrini təhvil verməlidir.
Aksiya maraqla qarşılanıb.
Xatırladaq ki, kampaniya çərçivəsində oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyublyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, oktyabrın 13-də Xorvatiyanın Zaqreb, oktyabrın 15-də Avstriyanın Salzburq, oktyabrın 17-də İtaliyanın Roma şəhərlərində silsilə fotoekspozisiyalar keçirilib.
Qeyd edək ki, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri də Avropada Ermənistana qarşı etiraz aksiyalarına başlayıb. Oktyabrın 20-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında və oktyabrın 21-də "Schuman" meydanında itkin düşən azərbaycanlıların bir qrup ailəsi aksiyalar keçirib.
Qeyd olunub ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4 010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb. Sülh gündəliyinin irəlilədiyi dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır.
Oxşar xəbərlər


Siyasət
Bir kişi Hannah Beazleynin seçki ofisində nunchaku ilə təhdid etdiyinə görə həbs edilib
The Guardian · 22 oktyabr 2026, 06:48

Siyasət
Corc Buşun qardaşı Texasda demokrat senat namizədini dəstəkləyir
Al Jazeera · 22 oktyabr 2026, 05:17

Siyasət
ABŞ Kanadanı aralıq seçkilərə müdaxilə etməkdə ittiham edir
Al Jazeera · 22 oktyabr 2026, 04:17