TopXəbər

Kiyevdə yüksək rütbəli ukraynalı zabit məhv edilib

28 sentyabr 2026, 02:45 · Mənbə: News.ru

Kiyevdə yüksək rütbəli ukraynalı zabit məhv edilib

Kiyevdə 10-cu alpin briqadasının mühəndis rotasının komandiri Arsen Skakalski dron zərbəsi nəticəsində öldürülüb.

News.ru yazır ki, Rusiya qüvvələri Kiyevdə hücum edən pilotsuz uçuş aparatının (PUA) dəqiq zərbəsi ilə Ukrayna ordusunun yüksək rütbəli zabitini hədəfə alıb və 10-cu ayrıca alpin briqadasının mühəndis rotasının komandiri kapitan Arsen Skakalskini məhv edib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, zərbə ukraynalıların PUA istehsalı və avadanlığı hazırlayan "Pegas Arms" zavoduna endirilib. Eyni zamanda, "Element UA" müəssisəsi də hədəfə alınıb. Bu müəssisə "Hornet" PUA-larının avadanlığını istehsal və saxlayırdı.

"Pegas Arms" şirkəti saytında yayımlanan məlumatda bildirilib ki, zavodun istehsal sahəsinə raket zərbəsi endirilib və ciddi dağıntılar baş verib. İstehsalın bərpası müddəti hələlik müəyyənləşdirilməyib.

Bu, Rusiya qüvvələrinin Ukrayna ordusunun müvafiq obyektlərinə endirdiyi ikinci hücumdur.