Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb
28 oktyabr 2026, 07:47 · Mənbə: Report.az

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) bölük komandirlərini fasiləsiz və intensiv təlimlər keçirməklə tabeliklərindəki bölmələrin müharibəyə tam hazırlığını təmin etməyə çağırıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) bölük komandirlərini fasiləsiz və intensiv təlimlər keçirməklə tabeliklərindəki bölmələrin müharibəyə tam hazırlığını təmin etməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) KXO bölük komandirlərinin III müşavirəsinin iştirakçıları ilə görüşdə Kim Çen Inın çıxışına istinadən məlumat yayıb.
"Bölük komandirlərinin əsas inqilabi vəzifəsi bölmələrin tam döyüş hazırlığını təmin etməkdir. Bu vəzifənin yerinə yetirilməsinin başlıca yolu fasiləsiz və intensiv təlimlərdir", – deyə o vurğulayıb.
Kim Çen Inın sözlərinə görə, komandirlər yüksək döyüş qabiliyyəti, möhkəm inqilabi əqidəsi və vətənpərvərlik ruhu ilə seçilən bölmələr formalaşdırmalıdırlar.
Şimali Koreya lideri qeyd edib ki, bu işin nəticələri komandirlərin peşəkarlığının və təşkilatçılıq qabiliyyətinin əsas göstəricisi olacaq.
Oxşar xəbərlər

Dünya
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
Report.az · 20 noyabr 2026, 01:47

Dünya
Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb
Report.az · 20 noyabr 2026, 01:47


Dünya
Fransada yaşayış binasında yanğın nəticəsində bir nəfər ölüb, 15 insan xəsarət alıb
Report.az · 19 noyabr 2026, 23:47