Tramp: İranla bağlı qərar qəbul etməkdə tələsmirəm
20 noyabr 2026, 00:47 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp yeni ilə qədər İranla bağlı növbəti addımlar barədə qərar verməyəcəyini bildirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp yeni ilə qədər İranla bağlı növbəti addımlar barədə qərar verməyəcəyini bildirib.
"Report"un məlumatına görə, o, bu barədə telefonla "Axios"a qısa müsahibəsində bildirib.
"İranla bağlı hər hansı qərar qəbul etməkdə tələsmirəm. Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq", - Tramp bildirib.
Portalın məlumatına görə, Vaşinqton administrasiyasının mövqeyi onun İrana qarşı iqtisadi təzyiq kampaniyasına və dəniz blokadasına daha çox vaxt ayırmaq istəyini göstərə bilər. Eyni zamanda, Tramp İranın 2026-cı ilin sonuna qədər güzəştə getməyəcəyi təqdirdə, ABŞ-nin yeni Konqresinin işini başlayana qədər güc tətbiq etmək seçimini saxlayacağına işarə edib.
Xarici mediada İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-ni İrana qarşı zərbələri bərpa etməyə inandırmağa çalışdığı, lakin Trampın qərar qəbul etməkdə tələsmədiyi iddia olunur.
Oxşar xəbərlər

Dünya
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
Report.az · 22 noyabr 2026, 04:17

Dünya
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
Report.az · 22 noyabr 2026, 03:47

Dünya
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
Report.az · 22 noyabr 2026, 03:17

Dünya
Meksikada kartel liderinin həbsi zamanı dörd hərbçi həlak olub
Report.az · 22 noyabr 2026, 01:47