TopXəbər

Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb

20 noyabr 2026, 01:47 · Mənbə: Report.az

Braziliya Prezidenti beşgünlük iş həftəsinə keçidlə bağlı fərmanı imzalayıb

Braziliya Prezidenti Luis İnasio Lula da Silva altıgünlük iş həftəsinin ləğvi və beşgünlük iş həftəsinə keçid haqqında fərmanı təsdiqləyib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Braziliya Prezidenti Luis İnasio Lula da Silva altıgünlük iş həftəsinin ləğvi və beşgünlük iş həftəsinə keçid haqqında fərmanı təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə G1 portalı ölkənin rəsmi qəzetinə istinadən məlumat yayıb.

Braziliyanın əmək naziri Luis Marinyonun sözlərinə görə, 2027-ci ildə həftədə beş gün işləyən işçilər üçün iş həftəsinin 44 saatdan 40 saata endirilməsi də planlaşdırılır.

Bu, ölkədə 38 il ərzində iş saatlarının ilk böyük azalmasıdır. Əvvəlki dəyişikliklər 1988-ci ildə, yeni Konstitusiyanın qəbulundan sonra iş həftəsinin 48 saatdan 44 saata endirildiyi zaman edilib.