Jurnalist Məğrur Əli: 27 sentyabr səhəri "Atəş" əmrini bayram xəbəri kimi qarşılamışdıq - MÜSAHİBƏ
1 oktyabr 2026, 12:45 · Mənbə: Report.az

Vətən müharibəsi dedikdə həm də böyüklü-kiçikli, vəzifəli-vəzifəsiz hamının bir olduğu, yumruq kimi birləşdiyi günlər düşür yada. O günlər hamının vəzifəsi bir idi, hamı özünü eyni ölçüdə məsuliyyətli sayırdı. O vəzifənin, məsuliyyətin adı isə Qarabağ idi.
Yeniliklərdən dərhal xəbərdar olun!
Vətən müharibəsi dedikdə həm də böyüklü-kiçikli, vəzifəli-vəzifəsiz hamının bir olduğu, yumruq kimi birləşdiyi günlər düşür yada. O günlər hamının vəzifəsi bir idi, hamı özünü eyni ölçüdə məsuliyyətli sayırdı. O vəzifənin, məsuliyyətin adı isə Qarabağ idi.
Müsahibim də məhz o günlərin qəhrəmanlarından biridir. Jurnalist olmasına baxmayaraq özünü Qarabağ adlı məsuliyyət üçün cəbhəyə daşıyan adamlardan biri...
"Report" Vətən müharibəsi iştirakçısı jurnalist Məğrur Əli Poladla müsahibəni təqdim edir.
– Artıq altı ildir ki, Qarabağı işğaldan azad etmişik və siz də bu döyüşlərin iştirakçısı olmusunuz. Bu altı ildə Qarabağda bir çox işlər görülüb, istər köç prosesi olsun, istər bərpa-quruculuq, istər digər. Ümumiyyətlə, Vətən müharibəsi iştirakçısı kimi Qarabağa qayıdışımızı, bərpa prosesini izləmək necə bir hissdir?
– Çox gözəl hissdir. Vətən müharibəsindən əvvəl hər bir azərbaycanlının ən böyük arzusu Qarabağın işğaldan azad olunması idi. Bu arzu Qarabağ sakinləri üçün isə bir başqa idi, mən özüm də məcburi köçkün olmuşam, yəni bizim üçün bu məsələ ikiqat əhəmiyyət daşıyırdı. İllərlə yuxularımızda gördüyümüz, arzusunda olduğumuz şey idi ki, Qarabağın qaytarılması üçün nələrsə edə bilək, bir sözlə, istəyirdik, gözləyirdik ki, Ali Baş Komandan atəş əmrini versin.
Müharibənin ilk günlərindən də həmin bu coşğu hiss olunurdu, hərbçilər arasında torpaqlarımızı nəyin bahasına olursa-olsun azad etmək hissi özünü göstərirdi. Belə bir ifadə var ki, dağın möhtəşəmliyini görmək istəyirsənsə, ondan uzaqlaşmaq lazımdır. Yəni bu əzəməti yaxından o qədər də görmək olmur. Eləcə də Vətən müharibəsində qazandığımız qələbənin nə qədər böyük, əzəmətli və tarixi əhəmiyyətə malik olduğunu illər keçdikdə daha yaxşı anlayırıq və anlayacağıq.
Qeyd etdiyiniz kimi, artıq Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri görülür, inşalar doğma yurd-yuvalarına geri qayıdır. İnsanların qayıdışı həm də Qarabağa həyatın qayıtması deməkdir. Dövlətimizin dəstəyi, insanların özlərinin qurub-yaratmaq eşqi Qarabağı hər gün dirçəldir və Qarabağ layiq olduğu kimi inkişaf edir, düşünürəm ki, zaman keçdikcə bu inkişafı daha geniş şəkildə görəcək, qürurulanacağıq.
– Məğrur bəy, döyüş yolunuzdan danışaq. Sizin üçün Vətən müharibəsi haradan başladı, hara kimi davam elədi...
– İkinci Qarabağ müharibəsi, hesab edirəm ki, əslində, 2020-ci ilin İyul döyüşləri ilə başlamışdı. Milli qəhrəman general-mayor Polad Həşimovla bir yerdə qulluq etmişik. Onun və silahdaşlarının şəhid olmasından sonra artıq Azərbaycan xalqının reaksiyası məlum idi, bir sözlə, səbir kasamız daşmışdı, bıçaq sümüyə dirənmişdi. Sentyabrın 21-də ehtiyatda olan bir qrup hərbçilərin təlim məqsədilə ordu sıralarına çağırılması başlamışdı. Mən də onlardan biri idim, amma içimizdə bir hiss var idi ki, bu dəfə başqa olacaq.
Fotoqalereya
1 / 3Sentyabrın 27-də ön xəttə yerləşən artilleriya bölməsinin zabiti kimi mən də mövqemi tutdum. Səhər saat 7-də isə atəş əmri verildi. Beləcə, Vətən müharibəsinə başladıq. Mən və silahdaşlarım Füzuli rayonunun Alxanlı kəndi istiqamətində mövqe tutmuşduq. Ardınca Cəbrayıl, Hadrut, Tuğ, Qubadlı, Şuşa... bu istiqamətlərdə döyüş yolum davam elədi.
– Deyirsiniz ki, atəş əmrini gözləyirdik. Artilleriyaçı kimi həmin əmr sizə veriləndə nə hiss keçirirdiniz? Nəzərə alsaq ki, özünüz də qarabağlısınız.
– Əslində, elə bir hissdir ki... mən bu barədə bir neçə dəfə sosial şəbəkə hesabımda da yazmışdım. Müharibə həyatını, oradakı vəziyyəti, situasiyanı, keçirdiyimiz hissləri ifadə eləmək çətindir, dünyanın ən yaxşı qələm sahibi olsan da, yenə mümkün deyil.
Atəş əmrini biz bayram xəbəri kimi qarşıladıq, sadəcə, bunu deyə bilərəm. Elə bil bizə illərlə gözlədiyimiz nəsə bir şad xəbər verilmişdi. Bizimlə çiyin-çiyinə döyüşən gənc nəsil də eyni istəklə döyüşə atılmışdı. Yəni heç kəsin gözündə qorxu, yaralanmaq, ölmək qorxusu yox idi. Bizə lazım olan əmr idi, həmin əmr verilmişdi, bundan sonrası isə məhz bizim işimiz idi.
– Şəxsən mən özümdən götürürəm, mənim üçün Qarabağ müharibəsi başlayıb fikri Cəbrayılın azad olunması xəbərindən sonra təsdiqləndi. Çünki buna qədər istər Aprel döyüşləri, istər İyul döyüşləri, yəni müxtəlif miqyaslı toqquşmalar olmuşdu, müəyyən ərazilərimizi azad etmişdik və sair. Bəs sizdə, yəni cəbhədə necə?
– Siz arxa cəbhə insanın fikirlərini deyirsiniz, amma cəbhədə vəziyyət başqadır. Sən hərbçisənsə, əmrə tabesən, konkret vəzifələrin var. Bu mənada, biz sizin kimi düşünə bilməzdik, bizim üçün əmr gəlmişdi və işimizi, vəzifəmizi yerinə yetirirdik. Amma eyni zamanda, doğrudan da, içimizdə bir hiss var idi ki, budəfəki vəziyyətin miqyası çox böyükdür, ən əsası isə istəyimiz məlum idi: Qarabağı düşmən tapdağından tam azad etməli idik. Hətta bəzən müvəqqəti atəşkəs rejimi tətbiq olunurdu, inanın, hərbçilər arasında daxili bir etiraz baş qaldırırdı. Dayanmaq istəmirdik, bu işi, bu vəzifəni sona çatdırmaq istəyirdik.
– Aydındır. Siz əslən Füzulidənsiniz. O istiqamətdə döyüşlərdə də iştirak etmisiniz. Sırf döyüş situasiyasında doğulub boya-başa çatdığınız kəndinizdə oldunuz, ya oradan keçdinizmi?
– Bəli, mən Füzulinin Yuxarı Seyidəhmədli kəndində doğulmuşam, orada böyümüşəm. Kəndimiz 1993-cü ildə işğal olunub. Həmin vaxt mən orta məktəbdə oxuyurdum. Kəndimiz işğal olunsa da, oranın sevgisi, oranın xəyalı ilə yaşamışıq, ora qayıtmaq üçün gözləmişik. Elə oldu ki, bəli, mən öz kəndimiz istiqamətində döyüşlərdə iştirak elədim. Böyük xoşbəxtlikdir ki, kəndimizin işğaldan azad olunmasında da əməyim var. Sonralar hətta hərbi yerdəyişmə zamanı doğma kəndimizin içərisindən də keçdik. Düzdür, vaxt çox deyildi, amma oradan keçmək belə təzədən həmin illəri xatırlamağıma bəs elədi. Evimiz, kənd qəbiristanlığı, məktəbimiz... hamısı yerlə-bir edilmişdi, erməni vəhşiliyi qəbirləri belə alt-üst eləmişdi.
– Məğrur bəy, döyüşlərdə yaralanmısınız. Ümumiyyətlə, müharibənin içərisində olmaq ölümlə rəqs kimi bir şeydir, yaralanmağa isə artıq ölümə toxunmaq demək olar. Yaralanmağınız necə oldu, bir az da bundan danışaq.
Oxşar xəbərlər

Siyasət
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Report.az · 18 oktyabr 2026, 22:17


Siyasət
Aİ Nümayəndəliyi: Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Report.az · 18 oktyabr 2026, 18:17

Siyasət
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Report.az · 18 oktyabr 2026, 15:47