TopXəbər

İstanbulda sağanak səbəbi ilə trafik sıxlığı yüksəldi

29 sentyabr 2026, 10:47 · Mənbə: Hürriyet

İstanbulda sağanak səbəbi ilə trafik sıxlığı yüksəldi

İstanbulda yağan güclü yağış nəticəsində gecə saatlarında trafik sıxlığı 89 faizə çatıb. Ana yollar və körpü girişlərində nəqliyyatın hərəkəti yavaşlayıb.

Hürriyet yazır ki, İstanbulun Anadolu Yakası tərəfdə D-100 yolunda Tuzla hissəsindən başlayaraq Avrasiya Tunelinin girişinə qədər sıxlıq müşahidə edilir.

TEM yolunda Sultanbeylidən başlayaraq 15 İyul Şəhidlər Körpüsünə qədər nəqliyyatın hərəkəti ləngiyir.

Fatih Sultan Mehmet Körpüsünə doğru gedən yolda sıxlıq Ataşehirdən başlayıb körpü girişinə qədər uzanır.

Şilə yolunda Altunizadədən başlayıb Ümraniyəyə qədər avtomobillər yavaş irəliləyir.

Avropa Yakası boyunca D-100 yolunun Avcılar, Saadetdərə, Bakırköy, Zeytinburnu, Merter, Cevizlibağ, Haliç Körpüsü, Halıcıoğlu və Edirnekapı kimi ərazilərində sıxlıq var.

15 İyul Şəhidlər Körpüsü istiqamətində də avtomobillər ağır hərəkət edir.

TEM yolunda Ispartakule, Esenyurt, Bahçeşir, Saadetdərə və Beylikdüzü hissələrində də tıxaclar mövcuddur.

Eyni zamanda tramvay, metro, avtobus və metrobüs dayanacaqlarında sərnişin sıxlığı müşahidə olunur. Zincirlikuyu, Cevizlibağ, Uzunçayır və Altunizadə kimi köçürmə məntəqələrində vətəndaşlar nəqliyyat vasitələrinə minib-düşmək üçün növbə gözləyir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin Cep Trafik Xəritəsi məlumatlarına əsasən səhər saatlarında şəhərdə ümumi trafik sıxlığı 74 faiz olub.

Anadolu Yakası üzrə sıxlıq 89 faiz, Avropa Yakasında isə 63 faiz səviyyəsində qeydə alınıb.