İstanbulda aramsız yağışlar nəticəsində ölənlərin sayı 3-ə çatıb - yenilənib
15 oktyabr 2026, 15:17 · Mənbə: Report.az

Türkiyədə iki gündür, aramsız yağışlar bir sıra fəsadlara yol açıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin İstanbul şəhərində aramsız yağışlar nəticəsində ölənlərin sayı 3-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Türkiyədə iki gündür, aramsız yağışlar bir sıra fəsadlara yol açıb.
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, sel suları səbəbindən İstanbulda 2 nəfər həyatını itirib.
İstanbulla yanaşı, Zonguldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində bütün təhsil müəssisələrində dərslər ikigünlük dayandırılıb.
Güclü yağışdan sonra İstanbulun Sarıyer rayonunun Ayazağa ərazisində suyun səviyyəsi yüksəldiyindən avtomobillər yolda qalıb, nəqliyyatın hərəkəti dayanıb. Eləcə də ərazidə fəaliyyət göstərən fabriklərdən birində sel suları səbəbindən işçilər köməksiz vəziyyətdə qalıb. Ümumilikdə şəhərdə 800-dən çox evə, 280-dən çox iş yerinə və onlarla avtomobilə ziyan dəydiyi bildirilir.
Bir sıra küçə, tunel və yeraltı keçidləri su basıb, sel suları Beylikdüzünün Adnan Kahveci məhəlləsində torpaq sürüşməsinə səbəb olub.
Kocaeli vilayətinin Kandıra, İzmit və Gebze rayonlarında çaylar məcrasından çıxaraq evləri və yolları su altında qoyub.
Sakaryanın Karasu rayonunda da binaların zirzəmilərini su basıb, Adapazarı–Karasu yolu hər iki istiqamətdə nəqliyyat üçün bağlanıb.
Oxşar xəbərlər

Dünya
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib
Report.az · 19 oktyabr 2026, 20:17

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47

Dünya
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Report.az · 19 oktyabr 2026, 18:17

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17