İrlandiyada miqrantların qaldığı mərkəzə hücum edilib, ölən və yaralanan var
31 oktyabr 2026, 17:17 · Mənbə: Report.az

İrlandiyanın cənub-qərbində yerləşən Kerri qraflığının Trali şəhərində miqrantların yerləşdirildiyi mərkəzə hücum nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İrlandiyanın cənub-qərbində yerləşən Kerri qraflığının Trali şəhərində miqrantların yerləşdirildiyi mərkəzə hücum nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli media hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə gələn polis əməkdaşları ağır xəsarətlər almış bir nəfər aşkar ediblər. Bundan az sonra o, vəfat edib.
İkinci yaralı Kerri Universitet Xəstəxanasına çatdırılıb. İlkin qiymətləndirməyə görə, onun xəsarətləri həyati təhlükə yaratmır.
Hücumda əli olmaqda şübhəli bilinən təxminən 40 yaşlı kişi saxlanılıb. Polis baş vermiş hadisənin hallarını araşdırmağa başlayıb.
Oxşar xəbərlər


Dünya
SEPAH ballistik raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyəti ləğv edib
Report.az · 8 noyabr 2026, 07:47

Dünya
Çilidə avtobusun yük maşını ilə toqquşuması 12 nəfərin ölümünə səbəbə olub
Report.az · 8 noyabr 2026, 06:16

Dünya
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
Report.az · 8 noyabr 2026, 05:17