İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
27 sentyabr 2026, 01:45 · Mənbə: Report.az

İran Prezidenti Məsud Pezeşkian Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirdiyi görüşlərdə qarşı tərəfi ABŞ və İsrailin ölkəsinə hücumları barədə məlumatlandırıb.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu Pezeşkian ABŞ səfərindən İrana qayıdan kimi canlı yayımda deyib.
"Keçirdiyimiz bütün görüşlərdə Amerika və İsrailin törətdikləri cinayətləri bəyan edirdik", - o bildirib.
İran Prezidentinin fikrincə, İsrailin Yaxın Şərqdəki fəaliyyəti Vaşinqton tərəfindən dəstəklənir:
"İsrailin Amerikanın dəstəyi ilə atdığı addımlar, bizim fikrimizcə, dövlət terrorudur; çünki müxtəlif ölkələrdə insanlara qarşı hücumlar həyata keçirilir. Alimlər, xalq və ölkə infrastrukturu hücum hədəfinə çevrilib və birbaşa xalqı hədəfə alan sanksiyalar müdafiə edilə bilməz".
Oxşar xəbərlər

Dünya
Vladimir Zelenski ABŞ-la kəşfiyyat məlumatlarının dəyişməsini bərpa edib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 15:47

Dünya
Qəzzada minalardan çıxarılan 75 fələstinlinin dəfn mərasimi keçirilib
Al Jazeera · 18 oktyabr 2026, 15:47


Dünya
Atlanta ilə Manuel’s Tavern Corciyanın keçmişini gələcəyə baxışla işarələyir
France 24 · 18 oktyabr 2026, 15:47