İran "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxmağa hazırlaşır
29 sentyabr 2026, 07:44 · Mənbə: Report.az

İran parlamentində ölkənin "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
İran parlamentində ölkənin "Nüvə silahının yayılmaması haqqında" müqavilədən çıxmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb.
"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamenti sədrinin müavini Əli Nikzad bildirib.
Onun sözlərinə görə, hazırda təşəbbüs, o cümlədən onun beynəlxalq nəticələri baxımından araşdırılır.
Parlament sədrinin müavini qeyd edib ki, sənəd "fövqəladə əhəmiyyətli" statusu ilə plenar iclasa çıxarılacaq və deputatlar həmin gün ona baxmalı olacaqlar.
Nikzad xatırladıb ki, İran ötən ilin sentyabrında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırıb. O, təşkilatın baş direktoru Rafael Qrossini vicdansız insan adlandırıb.
"O, elə insanlardandır ki, gəlir, yoxlama aparır, bizi tərifləyir, sonra gedir və bizim əleyhimizə mənfi hesabat hazırlayır".
Parlament sədrinin müavini ötən il qəbul edilmiş qərarın İranın xeyrinə olduğunu deyib: "Məgər BAEA-nın baş direktorunun və ya orada çalışanların nüvə enerjisi sahəsində bizə yardım göstərəcəklərinə zərrə qədər ümidimiz varmı? Əlbəttə ki, yox".
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18