İoannis Diamantakos: "Məqsəd Azərbaycan basketbolunun gələcəyi üçün möhkəm təməl yaratmaqdır"
29 sentyabr 2026, 10:45 · Mənbə: Report.az

Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru təyin olunan İoannis Diamantakos əsas məqsədlərini açıqlayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru təyin olunan İoannis Diamantakos əsas məqsədlərini açıqlayıb.
"Report" xəbər verir ki, mütəxəssis bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) mətbuat xidmətinə açıqlama verib.
O, təyinatı ilə bağlı fikirlərini bölüşüb:
"Azərbaycan Basketbol Federasiyasına qoşulmaq mənim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Mənə göstərilən etimada görə federasiyaya və onun rəhbərliyinə minnətdaram. Əsas milli komandanı qarşıdakı çağırışlara hazırlamaqla yanaşı, bütün yaş qrupları üzrə yığmalar arasında aydın inkişaf yolu qurmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirəm. Məqsədimiz davamlı inkişaf və Azərbaycan basketbolunun uğurlu gələcəyi üçün möhkəm təməl yaratmaqdır".
Xatırladaq ki, ABF yunanıstanlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.
Oxşar xəbərlər

Dünya
Qazaxıstanda ali məktəblərə mina yerləşdirilməsi barədə təhdid məktubları daxil olub
Report.az · 20 oktyabr 2026, 12:17

Dünya
Çin XİN başçısı Rusiya-Ukrayna və Yaxın Şərq münaqişələrinin həlli üçün dialoqa çağırıb
Report.az · 20 oktyabr 2026, 08:47

Dünya
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Report.az · 20 oktyabr 2026, 07:46

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17