TopXəbər

İndoneziyada ayaqqabı mağazasında partlayış baş verib

6 oktyabr 2026, 09:15 · Mənbə: BBC News

İndoneziyada ayaqqabı mağazasında partlayış baş verib

Surobaya şəhərində ayaqqabı mağazasında baş verən partlayış nəticəsində beş nəfər xəstəxanaya yerləşdirilib. Hadisənin qaz sızıntısından qaynaqlandığı ehtimal edilir.

BBC News yazır ki, İndoneziyanın Surobaya şəhərinin San Antonio zonasındakı ayaqqabı mağazasında partlayış olub. Mağaza partlayış nəticəsində dağılıb.

Polis bildirir ki, hadisənin qaz sızıntısından qaynaqlandığı ehtimalı yüksəkdir. Hadisə yerində şübhəli maddə və ya partlayıcı aşkar edilməyib.

Partlayış zamanı beş nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Hadisə nəticəsində azı 41 bina zərər görüb. Şəhər rəsmiləri və hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmanı davam etdirir.

Dünya

Rusiya şəhərlərində mobil internet işləməyib

News.ru · 18 oktyabr 2026, 11:47