İETT sürücüsünə faciəli qəzaya görə 30 il həbs cəzası verildi
28 sentyabr 2026, 13:49 · Mənbə: Hürriyet

İstanbuldakı qəzaya görə İETT avtobus sürücüsünə 30 il həbs cəzası verilib. Qəza nəticəsində bir qadın ölüb, dörd nəfər yaralanıb.
Hürriyet yazır ki, 2025-ci il oktyabrın 15-də İstanbuldakı Mehmet Akif məhəlləsində İETT avtobusunun sürücüsü Hüseyin Gezer motosiklet sürücüsü Kerim Polatla yol vermə mübahisəsi yaşayıb.
Avtobus sürücüsü həmin anda idarəetməni itirərək əvvəlcə önündəki üç avtomobilə, sonra isə sərnişinlərə xidmət edən Çamlıq dayanacağına çırpılıb.
Qəzada avtobusun altında qalan bir qadın xəstəxanada vəfat edib, dörd nəfər isə yaralanıb. Hər iki şəxs - avtobus və motosiklet sürücüsü saxlanılıb.
Fotoqalereya
1 / 4Avtobus motosikletçinin üzərinə sürüləndə faciə yaşandı: İETT sürücüsünə 30 il həbs cəzası
Anadolu 1-ci Ağır Cinayətlər Məhkəməsinin məhkəmə prosesində Hüseyin Gezer 20 il "olası qəsdlə qəsdən adam öldürmə" ittihamı ilə, Kerim Polat isə 10 il "qəsdən adam öldürməyə cəhd" ittihamı ilə ümumilikdə 30 il həbsə məhkum edilib.
Kerim Polata həmçinin "nəqliyyat vasitələrinin hərəkətinin əngəllənməsi, ələ keçirilməsi və ya alıqoyma" ittihamına görə bir il əlavə azadlıqdan məhrumetmə cəzası verilib. Məhkəmə Polatın məhkəmə nəzarətinə verilməsini, Gezerin isə həbsdə qalmasını qərarlaşdırıb.
İddiaya əsasən, Hüseyin Gezer motosiklet sürücüsünü təhqir edib və avtobusu bilərək onun üzərinə sürüb. Sürücünün üzləşdiyi səbəb kimi isə ürək tutması iddiası xəstəxana sənədləri ilə təsdiq edilməyib.
Oxşar xəbərlər

Dünya
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Report.az · 20 oktyabr 2026, 07:46

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47

Dünya
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Report.az · 20 oktyabr 2026, 06:17