Hindistan AQEM-ə üzv dövlətlərə terrorçuluqla birgə mübarizəyə çağırış edib
15 oktyabr 2026, 15:17 · Mənbə: Report.az

Hindistan AQEM-ə üzv dövlətlərə terrorçuluqla birgə mübarizəyə çağırış edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistan AQEM-ə üzv dövlətlərə terrorçuluqla birgə mübarizəyə çağırış edib.
"Report" xəbər verir ki, bunu Hindistanın xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqh AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə deyib.
Onun sözlərinə görə, Hindistan Azərbaycanın növbəti dəfə iki il müddətinə AQEM-ə sədrliyini yüksək qiymətləndirir:
"AQEM-in sülh istiqamətində əməkdaşlığını dəstəkləyirik. Bu, Hindistanın bütün dünyanın bir ailə olması fəlsəfəsinə tam cavab verir. Biz inklüziv və konsensus prinsiplərinə əsaslanan çoxtərəfli əməkdaşlığı özündə ehtiva edən yanaşmanı dəstəkləyirik və çoxtərəfliliyin islahat edilməsinə, həmçinin qloballaşan dünyada meydana çıxan yeni çağırışlara adekvat cavab verə bilməsinə çağırış edirik".
Oxşar xəbərlər



Siyasət
Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa yer alıb
Report.az · 19 oktyabr 2026, 14:47
