Hesablama Palatası "Büdcə sistemi haqqında" qanunun dəyişdirilməsini təklif edir
4 noyabr 2026, 13:17 · Mənbə: Report.az

Hesablama Palatası "Büdcə sistemi haqqında" qanunun 12-ci və 16-cı maddələrində dəyişikliklər edilməsini təklif edir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Hesablama Palatası "Büdcə sistemi haqqında" qanunun 12-ci və 16-cı maddələrində dəyişikliklər edilməsini təklif edir.
"Report" xəbər verir ki, bunu Palatanın sədri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
"Büdcə sənədləşməsinin təkmilləşməsi istiqamətində atılan addımları müsbət qiymətləndirir, eyni zamanda bu addımların davam etdirilməsini məqsədəuyğun hesab edirik. Təkmilləşmələr "Büdcə zərfi"ndə qeyri-maliyyə məlumatları, o cümlədən büdcə parametrləri üzrə keyfiyyət göstəricilərinin artırılmasını, məlumatların siyahısının, çeşidinin və keyfiyyətinin yüksəldilməsini əhatə edə bilər", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, büdcə ilə bağlı izahata ilk dəfə olaraq gəlirlər üzrə ortamüddətli dövr üçün hədəf göstəriciləri əlavə edilib, Ortamüddətli Xərclər Çərçivəsi islahatlarına cəlb edilmiş sektorlar üzrə nəzərdə tutulan tədbir sayı və onların maliyyə təminatı haqqında məlumat verilib, ortamüddətli dövrdə büdcə siyasəti, ortamüddətli xərclər, bir sıra qanunların layihələri büdcə sənədləşməsinə daxil edilib: "İzahatda, əvvəlki illərdən fərqli olaraq, fiskal risk anlayışı konkretləşdirilmiş, beynəlxalq təlimatlara uyğun olaraq, risklərin təsiri və baş vermə ehtimalı qiymətləndirilib".
Oxşar xəbərlər

İqtisadiyyat
Hesablama Palatası dövlət maliyyəsinin idarə edilməsində yeni yanaşmalar təklif edir
Report.az · 21 noyabr 2026, 17:47

İqtisadiyyat
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
Report.az · 21 noyabr 2026, 17:17

İqtisadiyyat
Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"
Report.az · 21 noyabr 2026, 15:17

İqtisadiyyat
Yohan Vadeful: "Azərbaycan Almaniya və Avropanın etibarlı və mühüm enerji təchizatçısıdır"
Report.az · 21 noyabr 2026, 14:17