TopXəbər

"Gəncə" basketbol klubu Avropa Kuboku oyunlarını doğma meydanda keçirəcək

30 sentyabr 2026, 17:15 · Mənbə: Report.az

"Gəncə" basketbol klubu Avropa Kuboku oyunlarını doğma meydanda keçirəcək

Azərbaycan basketbol tarixində ilk dəfə FIBA Avropa Kubokunda regionu təmsil edən "Gəncə" qitəmiqyaslı turnirdə ev oyunlarını doğma şəhərdə keçirəcək.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan basketbol tarixində ilk dəfə FIBA Avropa Kubokunda regionu təmsil edən "Gəncə" qitəmiqyaslı turnirdə ev oyunlarını doğma şəhərdə keçirəcək.

Klubdan "Report"a verilən məlumata görə, qərb təmsilçisi turnirin qrup mərhələsində 5 ev oyununda rəqiblərini Gəncə İdman Sarayında qəbul edəcək.

Ən müasir standartlara cavab verən idman qurğusunda təşkil olunacaq qarşılaşmalar Gəncə basketbolunun beynəlxalq arenada təmsilçiliyi baxımından əlamətdar hadisə olacaq.

Qeyd edək ki, FIBA Avropa Kubokunun C qrupunda yer alan "Gəncə" "Universitatya Krayova" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Rilski Sportist" (Bolqarıstan), "Kolossos" (Yunanıstan) və "Esenler Erokspor"la (Türkiyə) üz-üzə gələcək.