TopXəbər

Füzulidə Şəhər Günü münasibətilə ustad dərsləri keçirilib

17 oktyabr 2026, 21:17 · Mənbə: Report.az

Füzulidə Şəhər Günü münasibətilə ustad dərsləri keçirilib

Füzuli şəhərində 17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər təşkil olunur.

Yeniliklərdən dərhal xəbərdar olun!

Füzuli şəhərində 17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər təşkil olunur.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəhərin Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin həyətində təsviri sənət üzrə ustad dərsləri keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Ustad dərslərində Füzuli şəhər məktəbliləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin müəllimləri Ziyafət Aslanlı və Rahim İbrahimovun rəhbərliyi ilə rəsm bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin sonunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və rayon ictimaiyyətinin nümayəndələri uşaqların əl işləri ilə tanış olublar.

Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Həmin sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd olunur.