TopXəbər

Fransa 42 min hektar meşə yanğınını söndürüb

28 sentyabr 2026, 22:48 · Mənbə: France 24

Fransa 42 min hektar meşə yanğınını söndürüb

Fransada 69 gün yanan və 42 min hektardan çox ərazini məhv edən meşə yanğınını tam söndürülübdür. Hadisə 224 min nəfərin təxliyyəsinə səbəb olub.

France 24 yazır ki, Fransanın cənub-qərbindəki Gironde bölgəsində iyul ayında başlayan və 42 min hektardan çox ərazini əhatə edən meşə yanğını 69 gün sonra tam söndürülüb.

Yanğın Saumos kəndi yaxınlığında başlayıb və Cap-Ferret yarımadası ilə Bordo şəhərinin kənarlarına yayılaraq təxminən 224 min insanın təxliyəsinə səbəb olub.

Yanğın avqustun 1-də nəzarət altına alınsa da, yeraltı yanğınlar həftələrlə davam edib və nəticədə tamamilə söndürülməsi bir neçə həftə çəkib.

Xüsusi əməliyyatda 3 min 300-dən çox yanğınsöndürən iştirak edib və bu, Fransanın müasir mülki mühafizə tarixində ən böyük yanğınsöndürmə fəaliyyəti hesab olunur.

Fransada 1949-cu ildə eyni bölgədə baş verən və 50 min hektara yaxın əraziyə ziyan vuran yanğından sonra bu ən böyük yanğın olub.

Bu il Fransada ümumilikdə 98 min hektar ərazi meşə yanğınlarında zərər görüb ki, bu da 1976-cı ildən bəri ən yüksək göstəricidir.

Dünya

Rusiya şəhərlərində mobil internet işləməyib

News.ru · 18 oktyabr 2026, 11:47