FHN rəsmisi: Minatəmizləmə qrupları müasir təcili tibbi yardım avtomobilləri ilə təmin edilib
16 oktyabr 2026, 14:17 · Mənbə: Report.az

Azad olunmuş ərazilərdə fəaliyyət göstərən FHN-in minatəmizləmə qrupları müasir təcili tibbi yardım avtomobilləri ilə təmin edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən FHN-in minatəmizləmə qrupları müasir təcili tibbi yardım avtomobilləri ilə təmin edilib.
Bunu "Report"un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti Tibb Mərkəzinin əməkdaşı, tibb xidməti mayoru Nizami İsmayılov deyib.
O, minatəmizləmə fəaliyyətinə cəlb olunan əməkdaşların mütləq zəruri tibbi müayinədən keçdiklərini vurğulayıb:
"Onların sağlıq və psixoloji durumları diqqətlə yoxlanılır. Yalnız müsbət rəy verildikdən sonra əməkdaşlar minatəmizləmə ərazisinə daxil olurlar. Bundan əlavə, şəxsi heyətin hər bir üzvünə ilkin tibbi yardımın göstərilməsi barədə də müvafiq təlimatlar verilir. Nəticədə onlar zəruri tibbi yardımın yerinə yetirilməsi və ilkin olaraq hansı qaydalara əməl etmələri barədə məlumat əldə edirlər. O baxımdan, hər hansı arzuedilməz hal baş verərsə, əməkdaşlar özlərinə ilkin yardım göstərmək imkanında olurlar. Həmçinin minatəmizləmə qrupları geniş funksiyalara malik müasir təcili tibbi yardım avtomobilləri ilə təmin edilib".
Oxşar xəbərlər



Siyasət
Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa yer alıb
Report.az · 19 oktyabr 2026, 14:47
