FHN-in hərbi hissə komandiri: Minatəmizləmə əməliyyatları müəyyən olunmuş istiqamətlər üzrə aparılır
16 oktyabr 2026, 14:47 · Mənbə: Report.az

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları müəyyən olunmuş istiqamətlər üzrə aparılır.
Yeniliklərdən dərhal xəbərdar olun!
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları müəyyən olunmuş istiqamətlər üzrə aparılır.

Bunu "Report"un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsinin komandiri Süleyman Hüseynov deyib.
O, Vətən müharibəsi başa çatdıqdan sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsində FHN-in müvafiq bölmələrinin də fəal iştirak etdiyini vurğulayıb:
"Qeyd edim ki, azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları müəyyən olunmuş istiqamətlər üzrə aparılır. Hazırda tərəfimizdən müəyyən edilən ərazilərdə işlər intensiv şəkildə davam etdirilir. Bu ərazilərdə bərpa və quruculuq işləri də paralel olaraq həyata keçirilir. Bu ərazilərdə məskunlaşan və ya səfər edən vətəndşlara üz tutaraq mina, yaxud da partlamamış hərbi sursat, əraziyə xas olmayan şübhəli əşyala aşkar etdikdə həmin əşyalara toxunmamalarını, dərhal FHN-in "112" qaynar telefon xəttinə məlumat vermələrini xahiş edirik".
Oxşar xəbərlər

Siyasət
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Report.az · 19 oktyabr 2026, 21:18



Siyasət
Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı müddəa yer alıb
Report.az · 19 oktyabr 2026, 14:47