Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
30 sentyabr 2026, 18:15 · Mənbə: Report.az

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.
Görüşdə Bakıda üzgüçülük idman növü üzrə ilk dəfə Dünya Kubokunun keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və ölkəmizdə üzgüçülüyün təşviqinə töhfə verəcəyi qeyd edilib.
Azərbaycanda üzgüçülüyün inkişafına göstərilən diqqət, yaradılmış müasir idman infrastrukturu və ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübə barədə söhbət açılıb.
Beynəlxalq Üzgüçülük Federasiyası ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Oxşar xəbərlər


Siyasət
Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları tətbiq etmədi
Deutsche Welle · 17 oktyabr 2026, 06:16

Siyasət
İtaliyalı nazir ABŞ-ın Ukraynaya dəstəyini məhdudlaşdırmaq səhv edir
BBC News · 17 oktyabr 2026, 04:19

Siyasət
Donald Tramp ABŞ-ın əvvəlki hərbi siyasətində səhvləri açıqlayıb
News.ru · 17 oktyabr 2026, 02:47