TopXəbər

EHF Avropa Kuboku: "Kür" komandası bu gün Şimali Makedoniya klubu ilə cavab oyununa çıxacaq

15 noyabr 2026, 09:47 · Mənbə: Report.az

EHF Avropa Kuboku: "Kür" komandası bu gün Şimali Makedoniya klubu ilə cavab oyununa çıxacaq

Qadınlardan ibarət "Kür" həndbol komandası bu gün EHF Avropa Kubokunda növbəti oyununu keçirəcək.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Qadınlardan ibarət "Kür" həndbol komandası bu gün EHF Avropa Kubokunda növbəti oyununu keçirəcək.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın "WHC Çair" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.

Tərəflər arasında ilk matç rəqib komandanın 27:24 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.