Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib
27 sentyabr 2026, 12:14 · Mənbə: Report.az

44 günlük Vətən müharibəsinin başlamasının ildönümü ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Bakı şəhərində inşa olunan Zəfər parkındakı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəni ziyarət edib.
"Report" xəbər verir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb.
Fotoqalereya
1 / 4Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət edib
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərancamı ilə hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir.
Oxşar xəbərlər

Siyasət
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Report.az · 18 oktyabr 2026, 15:47

Siyasət
Latviya müstəqilliyin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Report.az · 18 oktyabr 2026, 15:17


Siyasət
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Report.az · 18 oktyabr 2026, 14:17