Süni intellekt kibertəhlükəsizlikdə işçi çatışmazlığını dərinləşdirir
Şirkətlər süni intellekt sistemlərinin təhlükəsizliyini təmin etmək üçün mütəxəssis çatışmazlığı ilə üzləşir. Yeni təhdidlərə cavab vermək üçün kibertəhlükəsizlik işçilərinin təlimi və saxlanması sahəsində yeni strategiyalar hazırlanmalıdır.
Şirkətlər süni intellekt (Sİ) sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə rəqabət aparır, lakin bir çox müəssisə hələ də karyera pillələri, iş elanları və təlim proqramlarında ötən dövrlərdə, Sİ inqilabından əvvəl hazırlanmış yanaşmalardan istifadə edir.
Əsas məsələ ondan ibarətdir ki, qabaqcıl Sİ modelləri vasitəsilə gələcək haker hücumlarının qarşısını almaq yeni dəyişiklikləri zəruri edir. Bu isə işəgötürənlərdən kibertəhlükəsizlik sahəsində işçi heyətini təlim, işə götürmə və saxlanma sahəsində yeni strategiyalar hazırlamağı tələb edir.
Uzun müddətli yüksək iş yükündən doğan tükənmə hallarının artması və geniş təlim tələbləri həm yeni mütəxəssislərin cəlb edilməsini, həm də mövcud kadrların işdə qalmasını çətinləşdirib.
"Artıq sahədə çatışmazlıq yox, uyğunluq problemi mövcuddur," – deyə "Accenture" şirkətinin qlobal kibertəhlükəsizlik strategiyası və risk üzrə rəhbəri Vikram Desai bildirib.
Şirkətlərin süni intellektə olan tələbatı bu problemi daha da artıracaq. İşəgötürənlər yeni sistemlərə uyğunlaşa bilən və yaranan təhlükələri qiymətləndirərək düzgün qərar verə bilən mütəxəssislər axtarır.
Desai işçilərin saxlanılması üçün süni intellektlə işləyən müdafiə vasitələrinin prioritetləşdirilməsi və işçilərin yeni bacarıqlarla təmin olunmasının vacib olduğunu vurğulayıb.
Məlumatlara görə, kibertəhlükəsizlik sahəsində açıq elanların 59 faizi texniki bacarıqlarla yanaşı, biznes strateji anlayışı tələb edir, lakin mütəxəssislərin yalnız 40 faizində bu iki keyfiyyət bir aradadır.
Süni intellektlə bağlı kibertəhlükəsizlik bacarıqlarına tələbat 2020-ci ildən bəri 2,5 dəfə artıb ki, bu da işəgötürənlərin tələblərinin sürətlə dəyişdiyini göstərir.
Lakin, bir çox şirkət hələ də kibertəhlükəsizlik rəhbərini yalnız texniki mütəxəssis kimi qəbul edir. Halbuki, işəgötürənlərin artan ehtiyacları biznes strateqiyasına yiyələnmiş kadrların hazırlanmasını tələb edir.
Desai son zamanlar onlarla şirkətin idarə heyəti ilə görüşlərdə kibertəhlükəsizlik rəhbərinin şirkətin idarə heyətinin tamhüquqlu üzvü kimi qəbul edilməsinin nadir olduğunu müşahidə edib.
Eyni zamanda, təhlükəsizlik mütəxəssisinin aptek təchizat zəncirini və ya biznes rəhbərinin kibertəhlükəsizlik risklərini qiymətləndirməsini öyrənməsi bir neçə il çəkə bilər.
Maraq doğuran məqamdır ki, son on ildə kibertəhlükəsizlik işçisi orta hesabla 3,3 ildən 1,8 ilə qədər işdə qalma müddətini azaldıb.
Yahoo Finance
The cybersecurity workers employers want are in short supply
Orijinal məqaləyə keç


