TopXəbər

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

18 oktyabr 2026, 09:47 · Mənbə: Report.az

Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır.

Yeniliklərdən dərhal xəbərdar olun!

Çinin Haynan əyalətində qida tullantılarından ekoloji təmiz aviasiya yanacağı istehsal edən zavod işə salınmağa hazırlanır.

"Report" "Haynan jibao" qəzetinə istinadən xəbər verir ki, layihəni "Hainan Eco Prime" şirkəti adanın şimal-qərb sahilində yerləşən qabaqcıl inkişaf liman sənaye-logistika zonasının ərazisində həyata keçirir.

Müəssisənin tikintisinə yatırılan investisiyaların ümumi həcmi 1,2 milyard yuan (178 milyon dollardan çox) təşkil edir, istehsalat kompleksinin sahəsi isə 100 min kv. metrə çatır. Müəssisənin ildə 300 min tona qədər yanacaq istehsal edəcəyi gözlənilir.

Nəşrin məlumatına görə, tikinti qrafikə uyğun gedir. Hazırda tamamlama işləri və avadanlıqların quraşdırılması aparılır.

Şirkətin hesablamalarına görə, müəssisə istismara verildikdən sonra karbon qazı tullantılarının azalması ildə 400 min tondan çox təşkil edəcək.