CFDA/Vogue Moda Fondu 2026-cı ilin finalçılarını açıqladı
2026-cı il üçün CFDA/Vogue Moda Fondunun 10 finalçısı müəyyən edilib. Layihənin qalibi oktyabrda Nyu-Yorkda keçiriləcək mərasimdə elan olunacaq və 300 min dollar məbləğində mükafat alacaq.
2026-cı il üçün CFDA/Vogue Moda Fondunun 10 finalçısı açıqlanıb.
Bunlar Aislinq Kamps; Amir Taği; Terrens Çjou "Bad Binch Tongtong"dan; Emili Don Long; Ceymi Haller; Cülia Ferentinos "Juju Vera"dan; Zeyn Li "Lll"-dən; Corc İnaki "Milamore"dan; Kleyr Sullivan "Miss Kleyr Sullivan" və Zoe Qustaviya Anna Vaylen-dır.
CFDA-nın icraçı direktoru və prezidenti Stefan Kolb bildirib ki, 2026-cı ilin finalçıları Amerika modasında artan istedad və yaradıcılığın dərinliyini əks etdirir. Onların unikal baxışları və güclü məqsədyönlü yanaşmaları sənayenin gələcəyini təmsil edir. Bu il seçki komitəsinə yeni üzvlər - Klo Mal, Deniz Maqid, Yumi Şin və Kristofer Con Rogers də daxil olub. Onların təcrübəsi və baxışları moda sahəsinin gələcək liderlərinə dəstək verəcək.
Moda Fondu qalibi oktyabrın 20-də Nyu-Yorkda keçiriləcək şam yeməyi mərasimində elan ediləcək. Qalibə 300 min dollar mükafat veriləcək, iki ikinci yer tutan isə 100 min dollar məbləğində mükafat alacaq.
CFDA/Vogue Moda Fondu layihəsi 9/11 hadisəsindən sonra yeni dizaynerlərin dəstəklənməsi və Amerika modasının gələcəyinin formalaşdırılması məqsədilə yaradılıb. Layihə çərçivəsində 200-ə yaxın dizaynerə mentorluq göstərilib və 8,2 milyon dollardan çox dəstək verilib. İştirak edən brendlərin 41 faizə qədəri tamamilə və ya qismən qadınlara aid, 40 faizi isə azlıqlara məxsusdur.
Keçmiş finalçılar və qaliblər arasında Aşlin, Billi Rid, Bode, Rogers, Simxay, Altuzarra, L’Enchanteur, Melitta Baumeyster, Proenza Shouler, Pyer Moss, The Elder Statesman və Sami Miro vardır.



