"Bloomberg": İspaniya hökuməti növbədənkənar seçkilərə hazırlaşır
5 oktyabr 2026, 08:44 · Mənbə: Report.az

İspaniya hökuməti növbədənkənar parlament seçkilərinə hazırlığa başlayıb, yekun qərarı baş nazir Pedro Sançes verməlidir.
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya hökuməti növbədənkənar parlament seçkilərinə hazırlığa başlayıb, yekun qərarı baş nazir Pedro Sançes verməlidir.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" baş nazirə yaxın üç mənbəyə istinadən məlumat yayıb.
Nazirlər, hökumətin və Sosialist Partiyasının yüksək vəzifəli nümayəndələri ötən həftə parlamentdəki məğlubiyyətdən sonra növbədənkənar seçkilərin keçirilməsini dəstəkləyiblər.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Sançes həftəsonu yüksək vəzifəli nümayəndələrlə məsləhətləşmələrdən sonra elə bazar ertəsi, oktyabrın 5-də ehtimal olunan növbədənkənar seçkilər barədə bəyanatla çıxış edə bilər. Bununla belə, o, növbədənkənar seçkilərin keçirilməsindən imtina edə bilər.
Cümə günü parlament hökumətin mənzil sahəsindəki iki qanun layihəsini rədd etdikdən sonra növbədənkənar seçkilərin müzakirəsi fəallaşıb. 2023-cü ildən bəri Sançesin rəhbərlik etdiyi koalisiya qanun layihələrini parlamentdən keçirməkdə dəfələrlə uğursuzluğa düçar olub. "Lakin mənzil əlçatanlığı onun tərəfdarları üçün əsas mövzulardan biri olduğundan, son məğlubiyyət xüsusilə həssas olub", - "Bloomberg" yazıb.
Oxşar xəbərlər

Dünya
Mərkəzi Bankın maliyyə institutlarına nəzarət səlahiyyətlərinin genişləndirilməsi birinci oxunuşdan keçib
Report.az · 16 oktyabr 2026, 11:46

Dünya
Qoşqar Təhməzli: "Qida təhlükəsizliyi yalnız kafe və restoranlara nəzarət deyil"
Report.az · 16 oktyabr 2026, 11:46

Dünya
Fransa tələbə etirazlarında böyük kütlələr tələbələrin çağırışını gözdən sala bilər
France 24 · 16 oktyabr 2026, 11:47

Dünya
Məhkəmə jurnalist və hərbçi Samuil Proskuryakovun öldüyünü müəyyən edib
Ukrainskaya Pravda · 16 oktyabr 2026, 11:47