TopXəbər

Bessent: "İqtisadi təcrid" əməliyyatı İran rialının çökməsinə səbəb olub

28 sentyabr 2026, 23:15 · Mənbə: Report.az

Bessent: "İqtisadi təcrid" əməliyyatı İran rialının çökməsinə səbəb olub

ABŞ-nin "İqtisadi təcrid" əməliyyatı İran rialının məzənnəsinin rekord həddə düşməsinə səbəb olub.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

ABŞ-nin "İqtisadi təcrid" əməliyyatı İran rialının məzənnəsinin rekord həddə düşməsinə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Bessent "X" sosial şəbəkəsində yazıb.

""İqtisadi təcrid" əməliyyatı rialın məzənnəsinin rekord dərəcədə aşağı düşməsinə gətirib çıxarıb. Biz İran hakimiyyətinin terrorizmi maliyyələşdirmək və nüvə silahı hazırlamaq imkanlarını zəiflətməyə davam edəcəyik", - paylaşımda bildirilib.

Qeyd edək ki, İran rialı sərbəst bazarda görünməmiş tarixi minimuma düşüb – məzənnə 1 ABŞ dolları üçün 2,44 milyon rial həddini keçib. Bir sıra ekspertlər məzənnənin daha da ucuzlaşaraq 3 milyona qədər enəcəyini proqnozlaşdırırlar.

Dünya

Rusiya şəhərlərində mobil internet işləməyib

News.ru · 18 oktyabr 2026, 11:47