TopXəbər

Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir

21 oktyabr 2026, 18:47 · Mənbə: Report.az

Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir

Yaxın Şərqdəki qeyri-sabitliyin səbəbkarı ABŞ-dir.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Yaxın Şərqdəki qeyri-sabitliyin səbəbkarı ABŞ-dir.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai bildirib.

"Onlar 9 aydan az bir müddətdə, danışıqlar zamanı İrana iki dəfə hücum ediblər, liderlərimizi qətlə yetiriblər və müxtəlif iqtisadi sanksiyalarla iranlılara təzyiqləri gücləndiriblər", - o deyib.

Bəqainin sözlərinə görə, dünya ABŞ və İsrailin hərbi təcavüzünün bədəlini ödəyir: "Regiondakı xaosdan tutmuş, dünyanın dörd bir yanındakı iqtisadiyyat və enerji qeyri-sabitliyinə qədər. Bölgəni xaosa sürükləyib, sonra da şikayətçi mövqeyində başqalarından qurbanı qınamağı tələb edə bilməzsiniz".

Dünya

Məkkə sazişi müzakirə üçün TBMM-ə göndərilib

Report.az · 21 oktyabr 2026, 19:18