Məkkə sazişi müzakirə üçün TBMM-ə göndərilib
21 oktyabr 2026, 19:18 · Mənbə: Report.az

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə sazişinin təsdiq edilməsinə dair qanun təklifi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasına göndərilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə sazişinin təsdiq edilməsinə dair qanun təklifi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasına göndərilib.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, təklif 3 maddədən ibarətdir.
Təklifin ümumi əsaslandırmasında Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında sazişin 7 avqust 2026-cı il tarixində Məkkədə imzalandığı xatırladılıb.
Qeyd olunub ki, bu saziş regional sülh, sabitlik və təhlükəsizliyə töhfə vermək niyyətində olan, beynəlxalq hüquqa hörmət edən və ərazi bütövlüyü, suveren bərabərlik, daxili işlərə qarışmamaq prinsiplərini qəbul edən bütün bölgə ölkələrinin iştirakına açıqdır.
Qanun təklifi Xarici İşlər Komissiyasında müzakirə olunacaq. Komissiyada qəbul edildikdən sonra TBMM-in Ümumi İclasının gündəliyinə daxil ediləcək.
Oxşar xəbərlər

Dünya
Makron Trampın kütləvi iğtişaşlara görə miqrantları günahlandırmasını rədd etdi
France 24 · 21 oktyabr 2026, 19:47

Dünya
Danimarka Ukraynalı müdafiə şirkəti Fire Point üçün 113 milyon dollar kredit təmin edir
Kyiv İndependent · 21 oktyabr 2026, 19:48

Dünya
Lübinets Odessa bölgəsində TŞK-da pozuntuları aşkar edir
Ukrainskaya Pravda · 21 oktyabr 2026, 19:48

Dünya
Donald Tramp deyir ki, süni intellekt məlumat mərkəzləri cəmiyyətə “dividend” ödəməlidir
Al Jazeera · 21 oktyabr 2026, 19:48