TopXəbər

Sevinc Hacıyeva: İtkin düşənlərin ailələri hələ də öz yaxınlarını gözləyirlər

21 oktyabr 2026, 19:18 · Mənbə: Report.az

Sevinc Hacıyeva: İtkin düşənlərin ailələri hələ də öz yaxınlarını gözləyirlər

Atası 1992-ci il mayın 8-də Şuşada itkin düşmüş Sevinc Hacıyeva beynəlxalq ictimaiyyətin diqqətini itkin düşmüş azərbaycanlıların taleyinə cəlb etmək və onilliklər boyu doğmalarından xəbər gözləyən ailələrə dəstək olmaq üçün Brüsseldə keçirilən aksiyada iştirak edib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Atası 1992-ci il mayın 8-də Şuşada itkin düşmüş Sevinc Hacıyeva beynəlxalq ictimaiyyətin diqqətini itkin düşmüş azərbaycanlıların taleyinə cəlb etmək və onilliklər boyu doğmalarından xəbər gözləyən ailələrə dəstək olmaq üçün Brüsseldə keçirilən aksiyada iştirak edib.

Bu barədə o, "Report"un Avropa bürosuna "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin aksiyası zamanı danışıb.

"Mənim atam Əhməd Məmmədov Mustafa oğlu 1992-ci il mayın 8-də Şuşada itkin düşüb. O vaxtdan bəri biz ondan xəbər almamışıq", - o bildirib.

S. Hacıyevanın sözlərinə görə, hər bir itkin düşmüş şəxsin arxasında onu gözləyən doğmaları var.

"Bizim ailədə, biz atamı gözləyərkən onun anası, mənim bibim, xalalarım və anam vəfat ediblər. Bu gün mən burada mənim kimi atalarını gözləməyə davam edən bütün itkin düşənlərin övladlarını təmsil edirəm", - o qeyd edib.

S. Hacıyeva vurğulayıb ki, ailələr yaxınlarının taleyi barədə heç olmasa hər hansı bir məlumat əldə etmək ümidini itirmirlər.

"Hər dəfə telefon zəng çalanda, biz heç olmasa hansısa bir xəbər eşitməyə ümid edirik. Daim gözləyirik. Səsimizi bütün dünyaya çatdırmaqda, dəfn yerlərinin müəyyənləşdirilməsində və itkin düşənlərin taleyinə aydınlıq gətirilməsində kömək etməyinizi xahiş edirik", - o bildirib.

Dünya

Məkkə sazişi müzakirə üçün TBMM-ə göndərilib

Report.az · 21 oktyabr 2026, 19:18