Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
27 oktyabr 2026, 21:17 · Mənbə: Report.az

Türk dünyasının birliyi hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq tarixi bir mahiyyət daşıyacaq qədər dərindir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk dünyasının birliyi hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq tarixi bir mahiyyət daşıyacaq qədər dərindir.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı "Facebook" hesabında yazıb.
"Türk dünyasının birliyi, hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir. Bizim arzuladığımız müstəqil dövlətlərin suveren bərabərliyi əsasında, qarşılıqlı hörmət və qardaşlıq hüququ ilə güclənən, hər bir üzvümüzün milli varlığını və iradəsini qoruyan bir birlikdir", - o bildirib.
O bildirib ki, Türk dünyasını təşkil edən qardaş dövlətlərlə bağların zədələnməsi, yalnız iki dövlət arasındakı münasibətlərə aid olan bir məsələ kimi görülə bilməz: "Bu bağlar, tariximizin, qarşılıqlı etimadımızın və gələcəyə yönəlik məfkurələrimizin ayrılmaz bir parçasıdır.
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin sərhədlərinə sığışdırıla bilməyəcək qədər köklü; siyasi və diplomatik məsələlərin fövqündə tarixi bir mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız, iki millətin iradəsi ilə güclənmiş, ortaq mübarizələrlə möhkəmlənib və nəsillər boyu yaşadılıb".
Oxşar xəbərlər

Dünya
Çin və ABŞ hərbçilər arasında potensial insidentlərin qarşısını almağa çalışırlar
Report.az · 15 noyabr 2026, 23:47

Dünya
Praqada 450 min insan dövlət mediasının maliyyələşdirilməsinə qarşı aksiya keçirib
Report.az · 15 noyabr 2026, 23:17

Dünya
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir
Report.az · 15 noyabr 2026, 21:47

Dünya
AP: NATO Albaniya sammitini ləğv edir və liderlər səviyyəsində görüşləri azaldır
Report.az · 15 noyabr 2026, 21:47