Qazaxıstanda xaricdən toyuq yumurtası idxalına müvəqqəti məhdudiyyət qoyulub
16 noyabr 2026, 09:47 · Mənbə: Report.az

Qazaxıstanda noyabrın 13-dən təzə toyuq yumurtasının idxalına iki ay müddətinə müvəqqəti qadağa tətbiq edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanda noyabrın 13-dən təzə toyuq yumurtasının idxalına iki ay müddətinə müvəqqəti qadağa tətbiq edilib.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, müvafiq əmri noyabrın 12-də Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov imzalayıb.
Məhdudiyyət Avrasiya İqtisadi İttifaqı (Aİİ) dövlətləri də daxil olmaqla, bütün xarici ölkələrdən olan tədarüklərə şamil edilir.
Sənədə əsasən, qadağa bütün nəqliyyat növlərinə şamil olunur. Eyni zamanda, məhdudiyyətlər toyuq yumurtalarının Qazaxıstan ərazisindən tranzitinə, o cümlədən Aİİ dövlətləri arasındakı daşımalara aid edilmir.
Əmr qüvvəyə minməzdən əvvəl ixrac üçün rəsmiləşdirilmiş, lakin Qazaxıstana daha sonra çatdırılmış məhsul partiyaları üçün də istisnalar nəzərdə tutulub. Onların idxalı üçün müvafiq gömrük bəyannamələrinin təqdim edilməsi zəruridir.
Bundan əlavə, ölkəyə daxil olma tarixini təsdiq edən sənədlər olduğu təqdirdə, noyabrın 13-dək respublika ərazisinə faktiki olaraq daxil olmuş yumurta partiyalarının rəsmiləşdirilməsinə icazə verilir.
Məhdudiyyət müvəqqəti xarakter daşıyır və iki ay ərzində qüvvədə olacaq.
Oxşar xəbərlər

Dünya
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi olub
Report.az · 22 noyabr 2026, 13:47

Dünya
Zelenski: Rusiyanın Kiyevə zərbəsindən sonra dağıntılar altında 14 nəfər qala bilər
Report.az · 22 noyabr 2026, 13:47

