Baş prokuror: Azərbaycanda son illər baş verən cinayətlərin sayında azalma müşahidə olunur
28 sentyabr 2026, 11:46 · Mənbə: Report.az

Azərbaycanda son illər baş verən cinayətlərin sayında azalma müşahidə olunur.
"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun 108-ci ildönümü və prokurorluq əməkdaşlarına peşə bayramı ilə bağlı Baş Prokurorluqda keçirilən tədbirdə deyib.
K.Əliyev qeyd edib ki, keçmişdə qalan cinayətlərin üstünün açılmasında prokurorluq orqanları Daxili İşlər və Ədliyyə nazirlikləri ilə, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə fəaliyyətlər icra edib.
Baş prokuror ölkə üzrə son illərdə baş verən cinayətlərin sayında azalma qeydə alındığını vurğulayıb:
"Ölkədə əmin-amanlığın təmin olunmasında prokurorluq orqanları əməkdaşlarının böyük rolu var. Burada ağır və az ağır cinayətlərin sayında statistik baxsan xeyli sayda azalma müşahidə olunur. Eyni zamanda, 2026-cı ildə uzun illər əvvəl baş verən cinayətlərin 9-nun üstünün açılması təmin edilib".
Oxşar xəbərlər

Siyasət
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Report.az · 18 oktyabr 2026, 15:47

Siyasət
Latviya müstəqilliyin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Report.az · 18 oktyabr 2026, 15:17


Siyasət
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Report.az · 18 oktyabr 2026, 14:17