TopXəbər

Bakı-Quba yolunda qəza olub, ölən var

16 oktyabr 2026, 18:17 · Mənbə: Report.az

Bakı-Quba yolunda qəza olub, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda plümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniliklərdən dərhal xəbərdar olun!

Bakı-Quba ödənişli avtomobil yolunda plümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı özuqaldıran yuk avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1995-ci il təvəllüdlü Qasimov Turqay Əhməd oğlunun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məlumat yenilənir...