Azərbaycanla İran arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
30 sentyabr 2026, 10:45 · Mənbə: Report.az

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə geniş tərkibli görüşlər keçirib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə geniş tərkibli görüşlər keçirib.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşlərdə ölkə başçıları arasında formalaşmış səmimi münasibətlərin ikitərəfli əlaqələrin inkişafına və birgə layihələrin icrasının sürətlənməsinə çox müsbət təsir göstərdiyi vurğulanıb.
Fotoqalereya
1 / 5Səfər zamanı İran Parlamentinin sədri Məhəmməd Qalibaf ilə keçirilən görüşdə ölkələrimiz tərəfindən irəli sürülən birgə təşəbbüslərin reallaşmasında və qarşılıqlı əlaqələrin daha da yaxınlaşmasında parlamentlərin vacib rolu qeyd edilib.
Daha sonra nümayəndə heyəti İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsin Rzai ilə görüşüb və ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti İranın neft naziri Möhsin Paknejad və energetika naziri Abbas Aliabadi ilə məhsuldar müzakirələr aparıb,hər iki ölkənin iqtisadiyyatı üçün önəmli olan layihələr nəzərdən keçirilib və əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Oxşar xəbərlər

Siyasət
Yaşıllar ABŞ-da edamın canlı yayımlanmasının qarşısını almaq istəyir
The Guardian · 12 oktyabr 2026, 00:17

Siyasət
Respublikaçı senator Trampın Rusiya ilə dizel razılaşmasının qanunsuz ola biləcəyini deyir
Al Jazeera · 12 oktyabr 2026, 00:17


Siyasət
Ultramarafonun keçirildiyi müddətdə hər hansı fövqəladə hadisə baş verməyib
Report.az · 11 oktyabr 2026, 18:17