Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur
30 sentyabr 2026, 19:15 · Mənbə: Report.az

Azərbaycan məhsulları Minsk şəhərində keçirilən "INNOPROM.Belarus" beynəlxalq sənaye sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan məhsulları Minsk şəhərində keçirilən "INNOPROM.Belarus" beynəlxalq sənaye sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur.
"Report" bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə ölkə stendində Azərbaycanın 8 şirkətinin məhsulları təqdim olunur.
Fotoqalereya
1 / 4Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur
Stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları, boyalar, su filtrləri, tikinti kimyəviləri və digər məhsullar nümayiş olunur. Sərgi ziyarətçilərinə Azərbaycan məhsullarının keyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir. Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün əməkdaşlıq istiqamətləri və ixrac perspektivləri ətrafında danışıqlar aparılır.
Sərgi oktyabrın 2-dək davam edəcək.
Oxşar xəbərlər
Biznes
Ceyk Conson 3,3 milyon dollara kənar və yaşıl Pasadena malikanəsini satır
MarketWatch · 15 oktyabr 2026, 13:17

Biznes
Azərbaycan biznes nümayəndə heyətinin Vyetnama səfəri planlaşdırılır
Report.az · 14 oktyabr 2026, 10:46

Biznes
Laos Azərbaycan biznesini güzəştli şərtlərlə öz xüsusi iqtisadi zonalarına dəvət edir
Report.az · 14 oktyabr 2026, 10:47

Biznes
Azərbaycan əhalisi əczaçılıq xərclərini bir ildə 22 %-ə yaxın artırıb
Report.az · 13 oktyabr 2026, 16:17