Azərbaycan investisiya və texnologiya əməkdaşlığını gücləndirə bilər
6 oktyabr 2026, 10:15 · Mənbə: Report.az

Azərbaycan regional platforma qismində investisiya və texnologiya əməkdaşlığını gücləndirə bilər.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan regional platforma qismində investisiya və texnologiya əməkdaşlığını gücləndirə bilər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, bağlantı məsələsi Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının əsas hərəkətverici qüvvəsidir: "Bu, ikitərəfli ticarəti asanlaşdırır, təchizat zəncirinin davamlılığını möhkəmləndirir və Orta Dəhliz vasitəsilə Avropa və Asiya bazarlarına çıxışı genişləndirir. Biz bağlantıya malların, enerjinin, məlumatların və kapitalın hərəkəti kimi yanaşırıq. Bu axınları bir araya gətirmək nəqliyyat marşrutlarını bütün regionda istehsalı, xidmətləri və investisiyaları dəstəkləyən iqtisadi dəhlizlərə çevirə bilər. Azərbaycana yalnız 10 milyonluq əhalisi olan bir bazar kimi deyil, Xəzər regionunu, Mərkəzi Asiyanı və Cənubi Qafqazı əhatə edən investisiya və texnologiya əməkdaşlığı üçün regional platforma kimi baxılmalıdır. Məqsədimiz bu bağlantının yalnız tranzit deyil, həm də dəyər yaratmasını təmin etməkdir".
Oxşar xəbərlər
Biznes
Ceyk Conson 3,3 milyon dollara kənar və yaşıl Pasadena malikanəsini satır
MarketWatch · 15 oktyabr 2026, 13:17

Biznes
Azərbaycan biznes nümayəndə heyətinin Vyetnama səfəri planlaşdırılır
Report.az · 14 oktyabr 2026, 10:46

Biznes
Laos Azərbaycan biznesini güzəştli şərtlərlə öz xüsusi iqtisadi zonalarına dəvət edir
Report.az · 14 oktyabr 2026, 10:47

Biznes
Azərbaycan əhalisi əczaçılıq xərclərini bir ildə 22 %-ə yaxın artırıb
Report.az · 13 oktyabr 2026, 16:17