Azərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb
29 oktyabr 2026, 14:18 · Mənbə: Report.az

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyəri isə 3,1 dəfə çoxdur.
İndoneziyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,25 % olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 10 milyard 103 milyon 482,51 min ABŞ dolları olan 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Oxşar xəbərlər

İqtisadiyyat
EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu sabit saxlayıb
Report.az · 10 noyabr 2026, 21:17

İqtisadiyyat
Orxan Zeynalov: Azərbaycanla Türkiyə Avropaya yaşıl enerji ixracını artırmağı planlaşdırır
Report.az · 10 noyabr 2026, 20:47

İqtisadiyyat
Azərbaycanda maliyyə bazarı iştirakçılarına qarşı sanksiyanın məbləği dəyişdirilir
Report.az · 10 noyabr 2026, 13:17

İqtisadiyyat
SOCAR Əliağada ildə 850 min ton gücündə polietilen istehsalı kompleksi tikəcək
Report.az · 10 noyabr 2026, 12:17