TopXəbər

Azərbaycan GIP ilə əməkdaşlığı genişləndirir

26 sentyabr 2026, 17:58 · Mənbə: Report.az

Azərbaycan GIP ilə əməkdaşlığı genişləndirir

Azərbaycan və "Global Infrastructure Partners" şirkəti arasında əməkdaşlıq və investisiya imkanları müzakirə olunub.

Report.az yazır ki, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Global Infrastructure Partners" (GIP) şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüş keçirib.

Görüş "İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu" çərçivəsində baş tutub.

Aqşin Rafiqoğlu
Aqşin Rafiqoğlu

Müzakirələr zamanı Azərbaycan və GIP arasında əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.

Həmçinin, investisiya imkanları və regional layihələrdə, xüsusilə Orta Dəhlizin inkişafı istiqamətində iştirak məsələləri müzakirə edilib.

Nazir Rəşad Nəbiyev tərəflər arasında logistika, rəqəmsal infrastruktur və data mərkəzləri sahəsində potensial investisiya imkanlarını qiymətləndirib.

Texnologiya

TikTok Musk sənədli filminin hesabını bloklayıb

The Verge · 17 oktyabr 2026, 23:46