TopXəbər

Azərbaycan və FAO iqlim fəaliyyətini gücləndirir

26 sentyabr 2026, 18:29 · Mənbə: Report.az

Azərbaycan və FAO iqlim fəaliyyətini gücləndirir

Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı iqlim fəaliyyətini müzakirə edib.

Report.az yazır ki, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev ilə FAO-nun Baş direktorunun köməkçisi və Avropa və Mərkəzi Asiya üzrə Regional nümayəndəsi Viorel Qutu arasında görüş keçirilib.

Görüşdə kənd təsərrüfatında iqlimə adaptasiya və mitiqasiya, davamlı su idarəçiliyi və daha dayanıqlı ərzaq sistemlərinin qurulması müzakirə olunub.

Muxtar Babayev sosial şəbəkə hesabında bildirib ki, tərəflər iqlim öhdəliklərinin ərzaq təhlükəsizliyini gücləndirən, ərzaq itkisi və israfını azaldan, davamlı inkişafı təmin edən praktiki həllərə çevrilməsi barədə fikir mübadiləsi aparıblar.

Siyasət

Almaniya səkkiz saatlıq iş günü rejimini dəyişdirir?

Deutsche Welle · 18 oktyabr 2026, 14:47