Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
2 noyabr 2026, 11:17 · Mənbə: Report.az

Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək.
"Report" xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək.
Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçısı Mehriban Əhmədli və bürünc mükafatçısı Məryəm Ağaverdiyeva da yer alıblar.
Ümumilikdə 49 ölkədən 1250 zəka sahibi 6 yaş kateqoriyasında medallar uğrunda yarışacaq.
Qeyd edək ki, şahmatçılarla yanaşı, yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov, həmçinin nümayəndə heyətinin rəhbəri Raul Quliyev də Yunanıstana yollanıblar.
Oxşar xəbərlər

Dünya
Bakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək
Report.az · 25 noyabr 2026, 11:17

Dünya
ABŞ Prezidenti Ağ Evə mətbuat katibi təyinatında tələsməməsinin səbəbini açıqlayıb
Report.az · 25 noyabr 2026, 08:47

