TopXəbər

PSJ Alberto Moleyro ilə maraqlanır

25 noyabr 2026, 14:17 · Mənbə: Report.az

PSJ Alberto Moleyro ilə maraqlanır

Fransanın PSJ klubu İspaniya təmsilçisi "Vilyarreal"ın futbolçusu Alberto Moleyro ilə maraqlanır.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Fransanın PSJ klubu İspaniya təmsilçisi "Vilyarreal"ın futbolçusu Alberto Moleyro ilə maraqlanır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ölkə çempionu 23 yaşlı yarımmüdafiəçini qış transfer dönəmində heyətinə qatmaq istəyir.

Paris klubunun iki cinah oyunçusu - Dezire Due və Xviça Kvaratsxeliya zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Bunu nəzərə alan PSJ rəhbərliyi sol cinah oyunçusu kimi də çıxış edə bilən Alberto Moleyronu mümkün transfer siyahısına daxil edib.

Xatırladaq ki, oyunçunun "Vilyarreal"la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

İdman

"Real" qələbə seriyasını on matça çatdırıb

Report.az · 25 noyabr 2026, 05:47